logo

trugen jacn

ZORLA DAĞITILMIŞ DOĞU TÜRKİSTANLI AİLELERİN KAVUŞMA ZAMANI DAHA GELMEDİ Mİ ?

İsveç’te Yaşayan Azerbaycanlı Şair Yazar ve  Türklüğün cesur savunucusu ve İnsan Hakları Aktivisti Sayın Eluca Atalı’nın  Doğu Türkistan  davasına yönelik değerli  çalışmalarını sürdürmeye devam ediyor. Sayın Eluca Atalı’nın    İsveç’te yaşayan Doğu Türkistanlı aydın  sosyal  aktivist  ve  Şair  sayın  Abduşşekür Muhammed ile  yaptığı  ve ” rednew.az.”‘de   Azerbaycan Türkçesi ile  yayınladığı raportajini aşağıda bilgilerinize  ve kendisine de teşekkürlerimizi  sunuyoruz.(UYHAM)
Açıklama yok.

Eluca Atalı(Şair Yazar ve İnsan hakları Aktivisti -İsveç)

Türk Dünyasının böyük filosofu   Azerbaycanlı Asif Atanın “Türklüyümüz” kitabında şöyle  bir /söylem fikir var: “TürkLerin  günahı:  Türkler Böyük Hikmətler  yaratdı, Böyük Sənətlar  yaratdı, Böyük Səltənət/İmparatorluklur devletler  yaratdı . Ama  Böyük Vəhdə(Birlik) yaratamadı.”, “Türk Dövləti yarandı, Ama Türk Ailəsi dağıldı”.

Asif Ata bu fikirləri 1985-ci ildə deyib, yəni hardasa 40 il bundan öncə. Bu həmin dövr idi ki, sovet imperiyasının qılıncının dalı və qabağı kəsirdi. Bəs, bu gün necə? Türkün bir-birindən xəbəri varmı? Bu gün çox populyar olub, hamı Turandan, Türk Dövlətləri Birliyindən danışır, lakin dövləti olmayan türklərin assimilyasının qarşısını kimsə ala bilmir.  O cümlədən, Çin imperiyasında hər cür təqiblərə məruz qalan uyğur türkləri haqda nə qədər bilgiyə malikik? Bu sualla yola çıxıb İsveçdə yaşayan və Doğu Türküstan Yazarlar Birliyinin rəhbəri şair, ictimai xadim Abduşükür Muhammedlə söhbətləşdim. Qədim uyğur xalqının bugünkü taleyini düşünməyinizdən ötrü oxumanızı rica edirəm.

E.A: Hocam, bu sizin Azərbaycan oxucuları ilə ilk görüşünüzdür, o üzdən istərdim özünüzü geniş şəkildə təqdim edərdiniz.

A.M: Doğu Türküstanın Kuça ilçəsində doğuldum, amma uşaqlığım İli vilayətinin Kunes ilçəsində oldu və 6-cı sinfə qədər bir qazax məktəbində oxudum. 14 yaşım olduqda ana yurdumuz Kuça ilçəsinə döndük. Kuça Doğu Türküstanın şimalını və cənubunu bir-birinə birləşdirən bir mərkəzdir və Tarkhta Kusen dövlətinin mərkəzi idi. Kuça tarixdə uyğur türklərinin yaşadığı ən qədim yurdlarındandır. Burada uyğur türkləri buddist və islam mədəniyyətindən olmuş zəngin bir çox mədəniyyətə sahib olub, miras qoymuşdur. Kuçaya döndüyümdə 8-ci sinifdən etibarən bir uyğur məktəbinə getdim. O dönəmdə uyğurlar ibtidai sinifdən universitetə qədər ana dillərində təhsil ala bilirdilər. 1984-cü ildə lisey məzunu oldum və Kaşğar universitetində ədəbiyyat fakultəsində oxumağa başladım. O zaman bu təhsil ocağının adı Kaşğar Universiteti deyil, Kaşğar Pedaqoji İnsitutu adlanırdı. 1988-ci ildə ordan məzun oldum və indiki Doğu Türküstanın mərkəzi olan Urumçuda bir yüksək məktəbdə müəllim olaraq işləməyə başladım. 2001-ci ilədək bir məktəb müəllimi, yardımçı dossent və dossent olaraq çalışdım. 2003-cü ildə İsveçə gəldim və Ağır Sənətlər üzrə təhsili aldım, məzun olduqdan sonra İsveçdə qaldım və hal-hazırda Stokholmda yaşayıram.

E.A: Ədəbi yaradıcılığa necə gəldiniz?

A.M: Universitetə gedənə qədər ədəbiyyatla çox maraqlanmazdım, amma çox kitab oxuyardım. O zamanlar arxeloq olmaq istəyirdim.

E.A: Belə görünür, arxeloq olsaydınız, bir uyğur şairi doğulmamış olacaqdır?

A.M: Bəlkə də siz deyən kimi olardı! Amma universitetdə ədəbiyyat oxudum, bu da ədəbiyyatı anlamağıma yardımçı oldu. Dərsdən kənar olaraq həddən artıq çox şeir oxuyurdum və o zamanlar çox kitab olmamasına rəğmən daha çox dərgilərdə yayımlanan şeirləri oxuyurdum. Klassik uyğur ədəbiyyatının yanında xarici ədəbiyyat dərsi də vardı. O dərslərdə daha çox rus və sovet ədəbiyyatı oxuyurduq. Əsərlərini oxuduğumuz yazarların, şairlərin təsiri ilə yavaş-yavaş şeir yazmağa başladım. Universiteti bitirdikdən sonra ciddi formada şeir yazmağa başladım.

E.A: Amma hər halda bizdə belə bir fikir yaranmamalıdır ki, universitet sizi şair kimi yetişdirdi. İstedad vergidir, bu hər kəsə məlum olan aksiomadır. Heç bir təhsil ocağı sənətkar yetidirə bilməz, yalnız və yalnız sənət yoluna düşmüş insana yardım edib, cilalaya bilər. İstedad vergidir, təhsil isə müəyyən olunmuş yolla adamı aparır. Şairlik və ya yazarlıq məlum çərçivədən bayıra atılmaqdır.

A.M: Sizlə razıyam, universitet dövri məni saydığım ölkə ədəbiyyatı ilə tanış etdi, yəni, sistemli şəkildə onları oxumaq məcburiyyətində qalmağım mütaliəmi artırdı və dünyaya daha geniş pəncərədən baxmağa başladım. 1989-cu ildə yayımlanan ilk şerim şairlikdə başlanğıc olduğunu söyləyə bilərəm. O tarixdən bu yana 9 kitabım yayımlanıb. Bunların arasında şeir toplusu, məqalə toplusu və bəzi tarixi əsərlər vardır.

E.A: İçində yaşadığınız Çin kommunist ideologiyası sizin yaradıcılığınızda hansı izi buraxdı?

A.M: Mənim şeir və başqa əsərlərimdə Çin kommunist ideologiyasının heç bir təsirinin olmadığını düşünürəm, çünki universitetdə oxuduğumuz və məşğul olduğumuz dönəmdə Çinin sərhədləri dünyaya və qərbə açıq bir dönəm idi. Uyğur ədəbiyyatında yeni bir canlanma yaşanırdı. İnkişaf etməkdə olan gənc yazarlar və şairlər Çin ədəbiyyatından daha çox Qərb ədəbiyyatı ilə maraqlanırdılar. Üstəlik o dönəmdə Çin dilini bilmədikləri və Çin ədəbiyyatına heç maraq etmədikləri üçün Çin dilinə çevrilmiş əsərləri oxuyardılar. Çincə bilməyənlər uyğur dilinə çevrilmiş Qərb ədəbiyyatını oxuyardılar. Dolayısı ilə Çin kommunist ideologiyasının bu dönəmdə yetişən gənc yazar və şairlər üzərində etkisi minimal formada olduğunu düşünürəm. O zamanlar gənc yazar və şair gənclərin çoxunun dünyaca ünlü yazar və şairləri tanıdığını, amma içində yaşadıqları Çində kimin ünlü olduğunu bilmədiklərini deyə bilərəm.

E.A: Hocam, siz danışdıqca, mən sanki uyğur dünyasını kəşf etməyə başlayıram. Əlbəttə, uzun illər bizdən təcrid edilmiş dünyanı nəzərdə tuturam.

A.M: Mən də sizlə olan söhbətlərimizdən sonra daim təəssüf hissi keçirirəm ki, Azərbaycanda uyğur ədəbiyyatı tanınmır.

E.A: Təəssüf ki, elədir. İndi izin versəydiniz, sizə növbədi sualımı ünvanlayardım. Azadlıq, Doğu Türküstanın acısı-ağrısı sətirlərinizin əsas qayəsidir. Amma bir daha özünüzdən eşitmək istərdim yazdığınız mövzularla bağlı…

A.M: Gəncliyimdə ölkəni tərk etmədən öncə yazdığım şeirlərin çoxsunda eşq duyğuları, cəmiyyət problemləri və azadlıq həsrətimi dilə gətirirdim. Amma bu dönəmdə azadlıqla bağlı duyğularımı şeirlərimdə ənənəvi olaraq daha incə bir şəkildə ifadə edirdim. Açıq ifadə etmək mütləq şəkildə mümkün deyildi. İsveçə gəldikdən sonra yazılarım əsasən zavallı uyğurların iç duyğularını ortaya çıxarmağa, onlara ümid vermək, vətən həsrətimə və sərhədsiz acığıma daha çox yer ayırdım.

E.A: Yazmaq istədiyiniz elə bir mövzu varmı, lakin onu qələm vasitəsi ilə aşkarlaya bilmirsiniz?

A.M: Çin hökuməti 2016-cı ilin oktyabr ayından bu yana Doğu Türküstanda uyğur aydınlarını, şairləri, yazarları, sənətçiləri və tanınmış din alimlərini tutmağa başladı. 2017-ci ilin martından etibarən tutulmuş uyğurlar toplama kamplarına göndərildi. Kampda uyğur, qazax, özbək, qırğız kimi bilinən 4 milyondan artıq türk etnik qrupu olmaqdadır. Hətta bəziləri kamplarda öldü. Bəzilərinə ömürlük həbs cəzası verilib. Məsələn, tanınmış yazar və şair Mirzait Kerim, tanınmış din alimi Muhammed Sahli Damollam həbsxanada öldü, dostum şair Ilham Ruzi kampta öldü. Dediyim kimi, bəziləri ömürlük həbsə məhkum olunublar. Alim, doktor, professor Rachel David, doktor, professor, şair və yazar Abdur Kadir Celalidin uzunmüddətli həbs cəzası alıb. Bəziləri 10, 20, 30 ilə qəədər həbs cəzası alıb. Məsələn, şair və yazar Farhat Tursun 18 il, şair və yazar Ablet Abdureşit Berki 13 il, yazar Yalkun Ruzi isə 18 il həbs cəzası çəkməyə məhkum olunub. Burada sadəcə bir neçə isimdən bəhs etdim. Hamısını saymaq üçün uzun-uzadı zaman gərəkdir. Onların tək günahı uyğur problemini dilə gətirmək və uyğur türkü kimi tanınmalarıdır. Çox sayda uyğur gənci türk bayraqlı paltarlar geydikdə və türkcə mahnılar dinlədiyi üçün cəza evlərinə atıldılar. Qədim uyğur mədəni abidələri, məscidləri və qədim məzarlıqları vandalizmə uğradı, söküb yer üzündən sildilər. Mahmut Kaşkarinin abidəsini söküb, onun uyğur olmadığını sübut etməyə çalışdılar. Qısacası, uyğur mədəniyyətinə dair hər şey yox edildi. Bu hadisələrdən sonra da bu vəziyyəti “Mehrigül”, “Hazıdar Tanrıtağ” kimi bəzi əsərlərimdə və digər şeirlərimdə anlatdım.

E.A: Milyonlarla türkün Çin kamplarında işgəncəyə məruz qaldığını qısa da olsa anlatdınız. Siz bu mövzunu hansı əsərlərinizdə və necə canlandırmısınız?

A.M: İndi hal-hazırda tarixi şəxsiyyət Mesud Sabri haqqında kiçik bir yazı yazıram. Bu şəxs 1930 və 1940-cı illərdə Doğu Türküstan tarixində “Üç Bəy” olaraq anılan şəxslərdən biridir. O dönəmdə “Millətimiz Türk, dinimiz İslam” şüarı ilə çox şey etdilər. Türkçülük fikirləri çox güclü idi. Böyük Türküstanda yaşayan xalqların hamısını TÜRK saymışdılar. Yəni, sovet kommunizminə qarşıydılar. Doğu Türküstanda da bu üç şəxsiyyət haqqında bir əsər yazmaq mümkün olmadığından bu şəxslərin həyatlarını uşaqlar üçün bir kitab yazdım. Bunun xaricində bir kitab daha var, mənim şeir kitabım may ayında isveçcə yayımlanması nəzərdə tutulub.

E.A: Siz uzun illərdir ki, İsveçdə yaşayırsınız, ədəbi fəaliyyətinizlə yanaşı ictimai fəaliyyətiniz var. İsveç ictimaiyyətinə Doğu Türküstan dərdini qədərincə çatdıra bilirsinizmi?

A.M: İsveçə gəldiyimdən bəri uyğurların çəkdiyi acıları və basqıları isveçlilərə anlatmağa çalışıram. Bir yandan da dərdlərimizi yayımlatdırdığım şeirlərimdə və başqa əsərlərimdə yaymağa çalışdım, digər yandan da sosial fəaliyyətlərimlə yaymağa can atıram. İllər öncə İsveçdəki Azərbaycan və Türk dərnəkləri ilə yaxın əlaqələrim vardı. Birlikdə bir çox fəaliyyətlərimiz oldu. Şəxsən mən də azərbaycanlıların İsveçdə Dağlıq Qarabağ məsələsiylə bağlı aksiya və digər fəaliyyətlərinə qatılmışam. 2013-dən sonra sosial fəaliyyətdən daha çox şeir və başqa əsərlər yazmağa üstünlük verdim. Ancaq uyğurların məruz qaldığı basqıları əsərlərim vasitəsi ilə çatdırmağa çalışıram.

E.A: Qürbət sizdən nəyinizi aldı və nə verdi əvəzində?
A.M: Bu vaxta qədər bu sualın cavabını incəliyinə qədər düşünmədim. Amma itirdiyimdən daha artıq aldığımı düşünürəm, bu üzdən başqalarından aldıqlarımı geri verməyə çalışıram.

E.A: İsveçdə yayımlanan “Natten” (Gecə) uyğur şairlərinin şeir toplusunu yayımlatdırmısınız. Burda çoxlusayda uyğur aydınının həyat və yaradıcılığı ilə tanış oluruq: Tahir Hamut zindan görmüş şair, film direktoru 2017-ci ildən Amerikada sığınacaq tapıb. Perhat Tursun şair, yazar, türkoloq Çin zindanında ağır işgəncədən sonra izsiz yox olmuşdur. “Levande ögon på döda kroppar” (Ölü vücudlarda yaşayan gözlər) sətrinin müəllifi, xəyalları ilə Çində yaşaya bilməyən sığındığı Suriyədən kommunist diktəsi ilə ordan da qovulub Kanadada məskən salmış istedadlı şair Ahmetcan Osman. “Livet” (Həyat) şerinin müəllifi, gənc vəfat etmiş müğənni, bəstəkar, Çində oxuması qadağan edilib, sığınacaq tapdığı İsveçdə erkən yaşda vəfat etmiş Kuraş Sultan. “Sälj inte din mark” (Yurdunu satma!) deyib, 20 il Çin zindanında işgəncə görmüş şair, tanınmış yazıçı və tədqiqatçı Abdurehim Ötkür.

Şair, dramaturq, rəssam Lipulla Mutellip, o həm də müasir uyğur ədəbiyyatının yaradıcısı sayılır. Cəmi 22 yaşında zindanda işgəncələr altında qətlə yetirilmiş

Abdulhaliq Uyğur- şair, akademik, pedaqoq – özü və qardaşları Şərqi Türküstanda

1933-1944-cü illərdə sovet hakimiyyəti Çin höküməti vasitəsi ilə 100- lərlə insanın başını qılıncla qoparığı bir zamanda haqqında bəhs etdiyimiz alimin və onun qardaşlarının başı boynundan ayrılmışdır.

Bütün bu uyğur aydınlarının taleyini öyrənmək insanda zalımığa qarşı tək nifrət yaratmır, həm də “nə vaxta qədər?” sualını doğurur. Buna kim və ya kimlər “DUR!” deyəcək?

A.M: Çin hökuməti tərəfindən öldürülən və ya əsərləri ilə bağlı təqib olunaraq yurd xaricinə mühacirət həyatına zorla məruz qalan bir qrup şairin şeir toplusuna daxil edilməyimin amacı isveçlilərə uyğurların durumunu anlatmaq, onları bu mövzuda bilgiləndirməkdir. Üstəlik şeir toplusuna “Gecə” adının verilməsi də bu amaca xidmət edir. Çünki uyğur şerində gecə zülmün simboludur. Bu toplunun yaradılmasının da bir hekayəsi var. 2017-ci ilin son baharında Uppsala Universitetində uyğurlarla bağlı bir konfrans keçirildi və mən də şeirləri “Gecə” toplusunda yer alan bir qrup şairin həyatını və şerini tanıtdırdım orda.

Toplantının ardından bu toplantıya qatılanlardan biri burada tanıdığım insanlardan yola çıxaraq bir toplu hazırlamağımı məsləhət gördü. Təklifi məmuniyyətlə qəbul etdim və toplumu hazırlamağa başladım. Bu şeir toplusunun yayınlanmasının təsiri böyük oldu.

Bu gün uyğurlara şiddətli basqı var, amma dünya səssizliyini qoruyur. Baxmayaraq bir çox Qərb ölkələri uyğurların məruz qaldıqları basqını soyqırım olaraq qəbul etsələr də, lakin ölkələrin çoxu Çinə təpkisini göstərmir. Birləşmiş Millətlərin İnsan Haqları Komitəsi tərəfindən Çinin insan haqlarını pozduğunu qınamaq amacı ilə çox sayda təkliflər verilməsinə rəğmən, Asiya və Afrika Müsəlman ölkələri Çin lehinə oy verdilər. Bununla da Çin günahsız elan edildi, hələ üstəli qatil olduğu halda terrorizmlə mübarizə aparan bir dövlət kimi haqq qazandırıldı. Mənim ən çox umduğum qardaş Türkiyədir. Çinə qarşı çıxmasalar da susmağı, yəni reaksiya göstərmədən kənarda durardı. Amma əksinə oldu, Çinə dəstək verdi. Uyğurlarda bir atalar sözü var: “Özgənin yanından ötdü, qardaşın canından keçər”. Məni üzən də budur.

E.A: Uyğur aydınlarının bugünkü həyatından bəhs edin, lütfən və uyğurlar bu gün mübarizələrini hansı formada aparırlar?

A.M: Artıq Doğu Türküstanda düz-əməlli bir uyğur türkü qalmamış, tanınmış uyğur aydınlarının hardasa demək olar hamısı həbsdə və ya toplama kamplarındadır, alan az sayda aydın isə qorxu içində yaşayırlar. Hər an tutulmaq qorxusu ilə yaşayırlar. Çin hökuməti tərəfindən xüsusi olaraq təhsil almış aydınlar da var. Çin rejimini dəstəkləməkdən savayı çarələri yoxdur. Çin hökumətinin ilk hədəfi uyğur aydınları idi. Uyğur aydınlarının xalqı oyandırma gücünə sahib olduğunu görürdülər.

E.A: Doğu Türküstanda və ümumən dünyada nə qədər uyğur türkü var?

A.M: Çin hökuməti uyğur nüfusu haqqında doğru məlumat vermədiyindən uyğur türklərinin dəqiq sayı ilə bağlı doğru-dürüst məlumat vermək mümkünsüzdür.

Çin hökumətinin son nüfuz hesablamalarına görə uyğurların sayı 12 milyonun üzərində olduğunu göstərir. Dünyada nə qədər uyğur olduğunu söyləmək də bir o qədər asan deyil, amma bəzi araşdırmaçılar statistikaya görə, bu sayı təqribən 17 milyon üzərində olduğunu deyirlər. 1920 və 1930-cu illər arasında sovet ittifaqından gələn bəzi sənədlərə əsaslanaraq Özbəkistanın Anjan və Fərqanə vadilərində bir milyondan artıq uyğur yaşadığını bildirirlər. Amma indi bu hesab doğru sayılmır.

E.A: Sizcə, nədən uyğur türkləri nəsrə yox, nəzmə, şerə üstünlük verirlər?

A.M: Uyğur ədəbiyyatı tarixinə baxdığımızda islamdan öncəki Buddist və Mani dinləri dönəmində uyğur ədəbiyyatında çeşidli ədəbiyyat növlərinə rast gəlirik. Ayrıca şeir, teatr, hekayə və digər növlərdən ədəbi əsrlər vardı. Ancaq islamı qəbul etdikdən sonra uyğurlar ərəb ədəbiyyatından böyük ölçüdə təsirlənmişlər, hətta şeir biçimlərini ərəb ədəbiyyatına uyğun yazmışdılar. Uyğurların islamdan sonrakı min illik klassik ədəbiyyat tarixinə baxdığımızda bəzi dini əsərlər və təzkirə əsərləri xaricində digər bütün əsərlərin şeir əsərləri olduğunu görə bilərik.

Uyğur ədəbiyyatında bu durum 1930-cu illərə qədər davam etmişdir. 1930-lardan sonra uyğurlar arasında bəzi hekayə və romanlar ortaya çıxmağa başladı. 1980-ci illərdən Çin hökumətinin uyğur ədəbiyyatını yasaqladığı 2017-ci ilə qədər uyğur ədəbiyyatında çox sayda roman və hekayə əsərləri yazılmışdır. Amma xaricdə yazarımız yox, önəmli səbəblərdən biri xaricdə uyğurların sayının çox az olması, oxucularımızın olmaması, yayınevimizin olmaması da səbəblərdən biridir. İndi də Doğu Türküstanda uyğurca yazma yasaq olduğu üçün çincə roman yazan gənc yazarlarımız var.

E.A: Yəni siz dərdinizi şeirə sığışdıra bilirsinizmı?

A.M: Şeirlərimdən bəhs edərkən çox tez-tez aşağıdakı cümlələrdən istifadə edərəm.

Çılpaq acılarım gecə qaranlığında

atəş böcəyi kimi parlayır.

Onun kürəyində işıq saçan

nur mənim şeirlərimdir.

Şeirlərim sanki bir hörmçək kimi

gecədə ağ hörər.

Çünki mən gecədə doğuldum,

gecədə yaşadım.

Şeirlərimi oxuyanlar

mənim incə acılarıma dağılır.

Acım əslində mənə aid olan

cəmiyyətimin acısıdır.

Aydınlığı arayan hər insan üçün

ümuddir şeir.

Mən bu səbəbdən şeir yazıram.

E.A: Mən, uyğurun bugünkü dərdinin yer aldığı bir roman oxumaq istəsəm, siz hansı əsəri mənə məsləhət görərdiniz?

A.M: Xaricdə olan digər yazar və araşdırmaçıların uyğurların mövcud faciəli durumunu nümayiş etdirən önəmli çalışmalar var. Amma bütün bunlar başqa dillərdə, türkcə “Qızıl qiyamət”, “Uygur türkliri ölume kafa tut bir halik”, isveçcə “Ögon vitne” (Göz şahidi) kitablarını oxuyarsınızsa, olduqca çox bilgiyə sahib olarsınız.

E.A: Kaysəridə iki uyğur kültür mərkəzində və dəyərli Hamit Göktürk hocam və sevgili ablam Nurala Göytürkün, TRT Tv-nin əməkdaşı Kamil Kaşkarlının ocağında Doğu Türküstan və onun zəngin mətbəxini dadıb, tanış olmuşam. Doğu Türküstan Turanın böyük və mənəvi baxımdan zəngin bir hissəsidir.[/b]

70 il sovet dövründə türkü türkdən ayrı salaraq, bizləri bir-birimizin təkcə ədəbiyyatından, mədəniyyətindən yox, kimliyindən də xəbərsiz qoydular. Əslində ədəbiyyat və mədəniyyət millətin ruhunun ifadəsidir.

Sizcə, Doğu Türküstanı Azərbaycanda tanıtmaq üçün nə edə bilərik?

A.M: Türkiyədə çox sayda uyğur var, bu səbəbdən də Türkiyədə uyğurlarla bağlı fəaliyyərlər olduqca canlı və mediada da uyğurlar haqqında məlumat almaq olur.

Amma Azərbaycanda nə qədər uyğur olduğunu bilmirəm.

[b]E.A: Əslində mən də bu vaxta qədər Azərbaycanda uyğur olması ilə bağlı heç bir fakta rast gəlmədim. Təbii ki, bütün dünyaya yayılmış çinlilər orda da çoxdur, ən əsası ticarət və retoran fəaliyyəti ilə məşğuldular. Ədəbiyyat və mətbuata sirayət etməmişdilər.

A.M: Amma Türk Dünyasının önəmli bir parçası olan Azərbaycan xalqı zülm və hər cür faciənin ağrı-acısını dadmış bir xalqdır. Bu səbəbdən də uyğurların mövcud durumunu anlaya bildiklərini düşünürəm. Azərbaycanda durum hər ötən gündə yaxşıya doğru gedir və Azərbaycan xalqına dair böyük ümidlərimiz var. Azərbaycan Çinin qurmaq istədiyi Yeni İpək Yolu projesində yer aldığı üçün Çin ilə münasibətlərində Azərbaycanın nüfuzu hiss olunmaqdadır. Azərbaycan xalqının uyğur məsələsini bilməsi üçün çeşidli mediyalardan istifadə edərək uyğur məsələsi və uyğur xalqı tanıtması gərəkdir. Azərbaycan halqı uyğur məsələsini diqqət mərkəzində saxladığı zaman siyasi aləmdə təsiri ola bilər.

E.A: Siz İsveçdə fəaliyyət göstərən Dünya Uyğur Yazarlar Birliyinin rəhbərisiniz. Neçə üzvünüz var və burdakı gənclərin əsas mövzusu nədir?

A.M: Hal-hazırda rəhbəri olduğum dərnəyin adı “Dünya Uyğur Yazarlar Birliyi”- dir. Xaricdə yaşayan bəzi yazar və şairlərlə 2018-də İstanbulda bu birliyi qurduq və

2020-ci ildə İsveçdə qeydiyyatdan keçirtdik. Bu gün dərnəyimizdə 35 üzvümüz var. Dərnəyimizin qurulmasından bu yana uyğur ədəbiyyatı və uyğur yazar və şairləri ilə bağlı bir çox fəaliyyətləri gerçəkləşdirdik. Fəaliyyətimizin çoxu İstanbulda reallaşır. Mümkün olursa, önümüzdəki illərdə Azərbaycandakı dərnəklərlə də birlikdə çalışmak istəyirik.

Bu günə qədər dərnəyimiz 17 kitab yayımlayıb, 6 kitabımız daha yayıma hazırdır.

E.A: Hocam, uyğur türkləri ilə bağlı verdiyiniz hərtərəfli məlumat üçün sizə minnətdaram. Düşünürəm, bu hələ başlanğıcdır. Uyğur türklərini tanımaq və tanıtdırmaq üçün söhbətimizi davam etdirməliyik. Tanımadan, bilmədən dərdə dərman etmək mümkünsüzdür.

A.M: Haqlısınız. Mən də Qarabağı geri almaqla bütün dünyaya türk ruhunun və gücünün nəyə qadir olduğunu sübut edən azərbaycan xalqına salamlarımı sizin vasitənizlə çatdırmaq istərdim.

E.A: Asif Ata deyir: “Türk ata minər Koroğlulaşar, atdan düşər Füzuliləşər!” Gerçəkdən də bu Qarabağ savaşında gerçəkləşdi. Bu ruhun bir gün Doğu Türküstanda da gerçəkləşəcəyinə inanıram və maraqlı söhbət üçün sizə minnətdaram.

Abduşükür Muhammed ilə söhbətləşdi  Eluca Atalı

Kaynak : ttps://rednews.az/poemart/668-dagilmis-turk-ailelerinin-birlesme-zamani-yetismedimi.html?fbclid=IwAR
Share
341 Kez Görüntülendi.